Gürcüstanın baş prokuroru Otar Partsxaladze istefa verib. Onun yaydığı bəyanatda deyilir:
”Son vaxtlar cəmiyyətdə tərcümeyi-halımla bağlı formalaşmış ictimai rəyə hörmətlə yanaşaraq, baş prokuror vəzifəsindən getməyi məqsədəuyğun hesab edirəm. Ölkədə ədalətin bərpa olunması yönümündə gedən proseslər fonunda bu addımı vacib sayıram”.
Xatırladaq ki, Otar Partsxaladzenin diplomunun saxta olduğuna və Almaniyada bir neçə il əvvəl quldurluğa görə həbs edildiyinə dair məlumatlar yayılmışdı.
O.Partsxaladze bu vəzifəyə təxminən bir ay əvvəl təyin olunmuşdu.
Modern.az