Modern.az

Seyid Camal Əzimbəyli: “Həddinizi bilin!”

Seyid Camal Əzimbəyli: “Həddinizi bilin!”

31 Dekabr 2013, 16:42

Bir neçə gün öncə özünü yandıraraq intihara cəhd edən Qarabağ qazisi Zaur Həsənovun faciəli ölümündən sonra sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında digər Qarabağ qazilərinə qarşı kampaniya aparılır. Bu çirkin və iyrənc kampaniya, xüsusi olaraq öz vətənpərvər əməlləri ilə onları tanıyanların sevimlisinə çevrilən “Qarabağ Qaziləri” İctimai Birliyinin fədakar üzvlərinə, eləcə də bu QHT-nin mətbuat xidmətinin rəhbəri, I Qarabağ döyüşçüsü Rey Kərimoğluna qarşı yönəlib.

Məsələ ilə bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli öz münasibətini bildirib. O, ilk olaraq Zaur Həsənovun intihar hadisəsini bir millət olaraq hər bir kəsin ağrısı olduğunu və bu faciədən özünün də çox üzüldüyünü bildirib. Seyid Camal Əzimbəyli Qarabağ qazisinin ölümündən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd edənləri yenə də yalançı vətənpərvərlik rolundan çıxış etməsi kimi qiymətləndirib: “Hər fürsətdə varlıqlarını nə yolla olur-olsun göstərməyə cəhd edən bu qüvvələr artıq hədlərini aşıblar”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi digər Qarabağ qazilərini, xüsusi olaraq qəhrəman və mətin döyüşçü olmuş Rey Kərimoğluna qarşı qərəzli və iftira dolu kampaniya aparanları susmağa dəvət edib.
“Yaxından tanıdığım qəhrəman Qarabağ qaziləri, onların rəhbəri Etimad Əsədov başda olmaqla, bu Vətən adına şərəfli mücadilənin canlı əfsanələridir. Fitnə və fəsad dolu yalançı “vətən təəssübkeşləri”ni mərhum qazi Zaur Həsənovun faciəsindən sui- istifadə etməməyə çağrıram. Hər bir hərəkətin həddi var, həddinizi bilin!” deyən Seyid Camal Əzimbəyli qəzəbini gizlətməyib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!