Modern.az

Türkiyə ordusu Suriyaya girdi - ANBAAN GÖRÜNTÜLƏR

Türkiyə ordusu Suriyaya girdi - ANBAAN GÖRÜNTÜLƏR

Dünya

10 Dekabr 2024, 20:51

Türkiyə kəşfiyyatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyat keçirib.

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

MİT PKK terrorçularının Suriyadakı vəziyyətdən sui-istifadə etmək istədiyini müəyyənləşdirib. Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 yük maşını, iki tank və iki sursat anbarı məhv edilib.

Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.

Qeyd olunub ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi