Modern.az

Britaniya Gürcüstana dəstəyi AZALDIR

Britaniya Gürcüstana dəstəyi AZALDIR

Dünya

10 Dekabr 2024, 22:15

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Gürcüstan hökumətinə dəstək və hökumətlə əməkdaşlığın azaldılacağını elan edib.

 

Modern.az xəbər verir ki, bəyanatda Gürcüstan hakimiyyəti tərəfindən nümayişçilərə və jurnalistlərə qarşı zorakılığın qəbuledilməz olduğu qeyd edilib.

 

“Bu hərəkətlər Gürcüstanın beynəlxalq nüfuzuna xələl gətirir və ölkənin konstitusiyasında təsbit olunmuş Avropanın gələcəyinə sadiqliyinə ziddir. Bu, dayandırılmalıdır”, - deyə Devid Lemmi bəyanatda qeyd edib.

 

Nazir bildirib ki, baş verən hadisələr fonunda Böyük Britaniya Gürcüstan hökumətinə bütün proqram dəstəyini dərhal dayandıracaq, müdafiə sahəsində əməkdaşlığı və “Gürcü Arzusu” hökumətinin nümayəndələri ilə əlaqələri məhdudlaşdıracaq.

 

Qeyd olunub ki, Böyük Britaniya Gürcüstan xalqının öz ölkəsinin gələcəyini seçmək hüququnu dəstəkləməkdə davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi