Modern.az

Bəhlul Mustafazadə "Qarabağ"-"Elfsborq" oyununu buraxacaq

Bəhlul Mustafazadə "Qarabağ"-"Elfsborq" oyununu buraxacaq

11 Dekabr 2024, 09:37

"Qarabağ"ın daha bir futbolçusu İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.

 

Bu barədə Modern.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

 

Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi Bəhlul Mustafazadə komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin üzvü bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər