Modern.az

Leyla Əliyeva məscidin açılışında FOTOLAR

Leyla Əliyeva məscidin açılışında FOTOLAR

31 Dekabr 2013, 23:46

Dekabrın 31-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər cümə məscidinin yenidən qurulması Heydər Əliyev Fondunun ölkəmizdə milli mənəvi dəyərlərin inkişafı ilə bağlı gördüyü işlərə mühüm töhfədir. Bir müddət əvvəl rayon ağsaqqalları və din xadimləri Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyevaya məscidin bərpası xahişi ilə müraciət etmişdilər. Fondun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidi bu gün artıq sakinlərin ixtiyarına verilir.

Leyla Əliyeva məscidin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendə baxıb.
Məlumat verilib ki, 1893-cü ildən fəaliyyət göstərən bu ibadət ocağında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Ötən ilin fevralında başlanan yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti məsciddə yaradılan şəraitlə tanış olub. Diqqətə çatdırılıb ki, məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün hər cür şərait yaradılıb.
Məscidin axundu Leyla Əliyevaya Qurani-Kərim təqdim edib.
Diqqətə çatdırılıb ki, əvvəllər bir mərtəbədən ibarət olan məscidin yenidənqurma işlərindən sonra ikinci mərtəbəsi də inşa edilib. Burada 180 nəfərlik mərasim zalı yaradılmış, minarə tikilib. Ümumiyyətlə, məscid iki dəstəmazxanadan, kitabxanadan, müxtəlif yardımçı otaqlardan, mədrəsədən ibarətdir.











 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!