Modern.az

Fərid Axundov vəzifəsindən AYRILIR

Fərid Axundov vəzifəsindən AYRILIR

11 Dekabr 2024, 10:20

"PAŞA Bank"ın Müşahidə Şurasının üzvü Fərid Axundov vəzifəsindən ayrılacaq.

Modern.az-ın məlumatına görə, bu barədə o, "Linkedin" hesabında yazıb.

Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən fəaliyyətini Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəyini bəyan edib. 

Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda fəaliyyətə 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi