Müsavat başqanı İsa Qəmbər Yeni ilin gəlişndan az sonra 2014-cü ilin ilk çağırışını edib. Müsavat başqanı Facebook-dakı səhifəsində yazıb:
- 2014 gəldi.
Qəzəbliyəm- olanlara, keçənlərə, torpağımızın işğal altında, dostlarımızın, silahdaşlarımızın, gənclərimizin zindanda olmasına.
İnanclıyam--Allahıma, xalqıma, vətəndaşıma, dostuma, silahdaşıma, özümə.
Qəzəb intiqama, inam arxayınlığa səbəb olmamalıdır, hər ikisindən-qəzəbdən də, inamdan da ölkəmizi yaxşılığa doğru dəyişmək üçün güc almalıyıq.
2014 bizim il olmalıdır, xalqın ili!
Bunun belə olması üçün əlimdən gələni edəcəm.
Hər kəsi də buna çağırıram.
Modern.az