Modern.az

“İndi Ermənistan özündə cəsarət tapıb sülh müqaviləsi bağlamaq gücündə deyil” - VİDEO

“İndi Ermənistan özündə cəsarət tapıb sülh müqaviləsi bağlamaq gücündə deyil” - VİDEO

11 Dekabr 2024, 13:11

“Bütün münaqişə dövründə Ermənistan tək olmayıb. Havadarları hər zaman ermənilərə dəstək verib. Ermənilərin dəstəkçisi əsas Rusiya, gizli də olsa İran və Fransa idi".

Modern.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, bu gün Ermənistanı dəstəkləyən hər üç ölkənin özündə təlatüm var.

“Fransada hakimiyyət böhranı var. Rusiya dünyada öz mövqeyini itirir. İranda da regionda öz nüfuzunu itirməkdədir. Bir sözlə indi Ermənistan tam dəstəksiz qalıb. İndi Ermənistan özündə cəsarət tapıb sülh müqaviləsi bağlamaq gücündə deyil”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI