Modern.az

Orban Putinlə Ukraynanı müzakirə etdi

Orban Putinlə Ukraynanı müzakirə etdi

Dünya

11 Dekabr 2024, 14:26

Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Putin Ukrayna ətrafında vəziyyətin hazırkı inkişafı və Kiyevin münaqişənin sülh yolu ilə həlli imkanlarını istisna edən destruktiv xətti ilə bağlı fundamental qiymətləndirmələrini açıqlayıb.

Telefon danışığı Macarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.

Orban bir sıra Qərb liderləri ilə təmaslarını nəzərə alaraq, Ukrayna böhranının diplomatik həlli yollarının birgə axtarışını təşviq etməkdə maraqlı olduğunu bildirib.

Putin və Orban Suriyadakı son hadisələr kontekstində Yaxın Şərq regionundakı gərgin vəziyyəti də müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi