Modern.az

“Qarabağ” bugünkü oyunda qalib gəlsə... 

“Qarabağ” bugünkü oyunda qalib gəlsə... 

İdman

12 Dekabr 2024, 08:49

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində 6-cı turun oyunları keçiriləcək.

Modern.az xəbər verir ki, "Qarabağ" klubu səfərdə İsveç "Elfsborq"u ilə qarşılaşacaq. "Boras Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcək.

"Qarabağ" komandası üçün bu oyunda qalib gəlmək pley-off şansını qorumaq baxımından olduqca vacibdir. 

Hazırda turnir cədvəlində "Elfsborq" 4 xalla 28-ci, "Qarabağ" isə 3 xalla 32-cidir. 
 

Avropa Liqası, Liqa mərhələsi, 6-cı tur
 

00:00. "Elfsborq" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Antoniu Nobre, Pedro Ribeyru, Nelson Pereyra, Bruno Miqel Karmo Vyeyra

"Boras Arena"




 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı