Bakıda qadın dəm qazından boğularaq ölüb.
Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində qeydə alınıb.
1966-cı il təvəllüdlü Vəfa İbrahimova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Paytaxt sakini 32 yaşlı Elnurə Abbasova da yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Fotoda: Elnurə Abbasova