Yanvarın 2-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli rayonda aqrar sahədə fəaliyyət göstərən bir qrup secicisi ilə təsərrüfat sahəsində görüşüb.
Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, millət vəkili fermerlərin qış qayğıları ilə maraqlanıb, onların arzu və təkliflərini dinləyib, özünün bəzi tövsiyələrini verib. Görüş zamanı fermerlər rayonda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitə görə razılıq edib, bu diqqət və qayğiya görə ölkə başcısina minnətdarliqlarını bildiriblər.