Mingəçevirdən Milli Məclisə deputat seçilmiş Aydın Mirzəzadə bir neçə gün öncə bu şəhərin mərkəzi xəstəxanasında doğuş zamanı komaya düşən, eyni zmanda körpəsini itirən ananın vəziyyətilə maraqlanıb.
Modern.az-ın məlumatına görə, deputat bu haqda özünün Facebook səhifəsində yazlb:
"Elə indicə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının baş həkiminin müavini ilə danışdım. Doğuş zamanı komaya düşmüş mingəçevirli Ocaqverdiyeva Esmiranın vəziyyəti ilə maraqlandım. Xəstənin vəziyyəti ümidvericidir, intensiv müalicəsi gedir. Bakıdan xüsusi olaraq xəstə üçün gəlmiş reanimatoloq artıq 7 gündür xəstə ilə məşğul olur. Hər gün xəstənin ən yaxın qohumlarına palataya girərək onu görməyə imkan verilir. Allah şəfa versin".
Modern.az