Modern.az

Azərbaycanda qış turizmi mövsümü başladı

Azərbaycanda qış turizmi mövsümü başladı

14 Dekabr 2024, 16:35

Dekabrın 14-də Azərbaycanda qış turizm mövsümünün başlanması ilə əlaqədar Dövlət Turizm Agentliyinin (DTA) və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına dair mediatur təşkil edilib.

Modern.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin ümumi sayı 2 milyon 412 min nəfər təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artım deməkdir.

2024-cü ilin sonunadək Azərbaycana səfər edən xarici vətəndaşların sayının 3 milyona çatacağı proqnozlaşdırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu