Modern.az

Bayden ABŞ tarixində ən böyük əfv qərarını VERDİ

Bayden ABŞ tarixində ən böyük əfv qərarını VERDİ

Dünya

12 Dekabr 2024, 15:53

ABŞ prezidenti Co Bayden qeyri-zorakı cinayətlərdə ittiham olunan 39 məhkumu əfv edib.

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

O, həmçinin COVID-19 pandemiyası zamanı ev dustaqlığına buraxılan və “ailələrinə uğurla inteqrasiya olunan” 1500 nəfərin cəzasını yüngülləşdirib.

Məlumatda bildirilir ki, bu, müasir ABŞ tarixində ən böyük əfv qərarıdır. Əfv olunanların adları açıqlanmayıb.

O, yaxın vaxtlarda digər şəxslərin də əfv olunmasını nəzərdən keçirəcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi