Modern.az

Azərbaycanda ağır yol qəzası - 3 nəfər həlak olub

Azərbaycanda ağır yol qəzası - 3 nəfər həlak olub

3 Yanvar 2014, 11:04


Ötən gecə Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda “KAMAZ” markalı yük avtomobili və “OPEL” markalı minik avtomobili toqquşub. Modern.az saytı Fövqəalədə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində vəfat  ediblər, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!