Modern.az

Gəncədə 4 maşın toqquşdu - Hadisə yerindən GÖRÜNTÜLƏR

Gəncədə 4 maşın toqquşdu - Hadisə yerindən GÖRÜNTÜLƏR

Hadisə

12 Dekabr 2024, 19:33

Gəncədə zəncirvari qəza baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin şəhərin N. Nərimanov prospektində qeydə alınıb.

 

İlkin məlumata görə, “VAZ 2107”, “VAZ 21015”, “Mercedes” və “NAZ LİFAN” markalı avtomobillər toqquşub.

 

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU