Modern.az

Braziliya prezidenti yenə əməliyyat olundu

Braziliya prezidenti yenə əməliyyat olundu

Dünya

12 Dekabr 2024, 19:41

Bir neçə gün əvvəl beyninə qan sızan Braziliya Prezidenti Lula da Silva yenidən əməliyyat edilib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat dövlət başçısının həkimi Robertu Kalil Filyuya istinad məlumat yayıb.

 

Qeyd olunub ki, əməliyyat yenidən qansızma ehtimalı ilə əlaqədar həyata keçirilib.

 

“Prosedur uğurla başa çatıb. O, artıq ayılıb və danışa bilir”, - açıqlamada bildirilib. 

 

Xatırladaq ki, Lula da Silva dekabrın 10-da təcili xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi