Modern.az

Bu il həlak olan jurnalistlərin SAYI

Bu il həlak olan jurnalistlərin SAYI

Dünya

13 Dekabr 2024, 00:09

2024-cü ildə azı 68 jurnalist həlak olub, onların da 60 %-dən çoxu müharibə zonalarındadır.

 

Modern.az xəbər verir ki, bu barədə UNESCO-nun təqdim etdiyi məlumatlarda bildirilir.

 

Qeyd olunub ki, media işçilərinin öldürüldüyü 68 hadisədən 42-si döyüşlərin getdiyi ölkələrdə baş verib.

 

Hadisələrin əksəriyyəti Fələstində (18) qeydə alınıb. Ukraynadakı müharibədə 4 jurnalist həlak olub.

 

Sənəddə ölən jurnalistlərin adları və mənşə ölkələri, habelə onların hansı nəşrlərdə çalışdıqları göstərilməyib.

 

Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 2023-cü il dekabrın 31-dək dünyada 162 media işçisi öldürülüb, onlardan 72-si münaqişə zonalarında həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi