Modern.az

Selena Qomez nişanlandı - FOTO

Selena Qomez nişanlandı - FOTO

Dünya

13 Dekabr 2024, 08:37

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez nişanlanıb.

Modern.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Məlumata görə, prodüser sevgilisi Benni Blanko sənətçiyə evlilik təklif edib. O, bu təklifi qəbul edib.

“Əbədi xoşbəxtlik indi başlayır”, - deyə Qomez paylaşımında yazıb.

Mətbuatda sənətçinin üzüyünün qiyməti də müzakirələrə səbəb olub.

Ekspertlər Qomezin üzüyünü fərqli qiymətləndirirlər: 200 min dollardan 1 milyon dollara qədər fərqli rəqəmlər söylənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi