Bir müddət öncə quda olan daha iki məmur bu günlərdə öz qohumluğunu rəsmiləşdirməyə hazırlaşır. Bu məlumat axar.az-a özəl mənbələrdən daxil olub.
Məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar. Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.
Gənclərin toy mərasimi yanvarın 10-da “Buta Palace”da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir.
Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Bu evlilik gənclərin öz seçimidir.
Modern.az