Modern.az

MAXE-lər üçün hərbi xidmətin son yaş həddi aşağı salınır

MAXE-lər üçün hərbi xidmətin son yaş həddi aşağı salınır

Aktual

13 Dekabr 2024, 15:11

Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün xidmətin son yaş həddi azaldılır. 

Modern.az xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb. 

Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - 36,5.

Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI