Modern.az

“Qaratel” yenə düşmənlə üz-üzə ön cəbhədəydi!

“Qaratel” yenə düşmənlə üz-üzə ön cəbhədəydi!

4 Yanvar 2014, 14:07

Millət vəkili  Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə Azərbaycanın qəhrəman qızlarından biri, yaşasaydı 65 yaşı tamam olacaq şəhidimiz, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş  Qaratel Hacımahmudovanın həyatı,  döyüş və qəhrəmanlıq yolundan bəhs edən “Qaratel” sənədli filminin təqdimatı olub.  
Qəhrəman Qaratel Hacımahmudovanın 65 illik yubileyinə həsr olunan təqdimat mərasimində  şəhidlərimiz  bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov qəhrəmanlarımız haqqında filmlərin hərbi  hissələrdə  təqdimatını  yüksək qiymətləndirib. “Azərbaycan Bayrağı” ordenli Qaratel Hacımahmudovanın  həyat və qəhrəmanlıq yolundan danışan millət vəkili Qənirə Paşayeva  onun çox mərd, ədalətli, humanist bir qadın olduğunu bildirib.

Belə filmlərin vaxtaşırı hərbi hissələrdə  yeni gələn əsgərlərə göstərilməsinin vacibliyinə  toxunan millət vəkili, “qəhrəmanların igidliyi bizim gənclər üçün, hamımız üçün  örnək olmalıdır” deyib.

Sonra filmin rejissoru Kəmalə Musazadə çıxış edərək  film  barədə  və  onun  gənclər  üçün  önəmi barədə danişib.

Sənədli  film  əsgərlər  tərəfindən  böyük maraqla qarşılanıb. Filmlə  bərabər Qaratel Hacımahmudova  ilə ağlı məlumatların əks olunduğu materiallar və şair Məmməd İlqarın xanım qəhrəmana həsr etdiyi "Qaratel” poeması da əsgərlərə paylanılıb və filmin nüsxələri hərbi hissəyə  yeni gələn əsgərlərə tez-tez nümayiş olunmaq üçün hərbi hissəyə hədiyyə olunub.

Qeyd edək ki, 1992-ci ildə ermənilər təkcə Qarabağda deyil, Azərbaycanın bьtьn sərhəd rayonlarında da mьharibə aparırdı. Təbii ki, Qazax rayonu  da bu işğaldan yan keзmədi, bir əsrdə dəfələrlə eyni taleyi yaşamış – Bağanıs-Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Qızılhacılı, Sofulu, Barxudarlı, Xeyrimli kəndləri XX əsrin sonunda yenə yandırılıb külə döndərildi. Bu işğaldan ən çox ziyan çəkən Aşağı Əskipara kəndi oldu. Kəndin cavanlarından ibarət özünü müdafiə batalyonunda əsgərlərimizlə yanaşı bir xanım da vardı - Qaratel Hacımahmudova. Qaratel 1948-ci ildə bu kənddə dünyaya göz açmışdı. 1962-ci ildə kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970-75-ci illərdə Azərbaycan Xalq Təsərrьfatı İnstitutunda (indiki İqtisad Universiteti) təhsil alıb. 1976-91-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel həm də Milli Azadlıq hərəkatının ən fəal üzvlərindən olub. 1991-ci ildə Qazaxa qayıdaraq doğma kəndinin cavanlarından ibarət könüllü özünümüdafiə batalyonuna qoşulub. 1992-ci ilin 14 iyununda Aşağı Əskipara kəndinin işğalı zamanı düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurub.  
14 Sentyabr 1994-cü ildə Azərbaycan Respublikası prezidenti tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.  


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu