Modern.az

11 ayda xaricə gedən vətəndaşların SAYI

11 ayda xaricə gedən vətəndaşların SAYI

Ölkə

13 Dekabr 2024, 19:17

Bu ilin noyabr ayında xarici ölkələrə 182,5 min nəfər Azərbaycan vətəndaşı gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Komitənin açıqladığı məlumatlardan belə görünür ki, noyabr ayında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı oktyabr ayı ilə müqayisədə 13,2 min nəfər və ya 7,8% artıb.

 

Müqayisə üçün bu il xaricə gedən Azərbaycan vətəndaşlarının aylar üzrə sayını təqdim edirik:

 

Yanvar – 147,7 min nəfər;

Fevral – 148,8 min nəfər;

Mart – 175,8 min nəfər;

Aprel – 165,9 min nəfər;

May – 169,9 min nəfər;

İyun – 187,1 min nəfər; 

İyul – 227,8 min nəfər;

Avqust – 235,6 min nəfər;

Sentyabr – 188,5 min nəfər;

Oktyabr – 169,3 min nəfər;

Noyabr – 182,5 min nəfər.

 

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 milyon 998,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 41,4%-i Türkiyəyə, 20,6%-i Rusiyaya, 8,7%-i Gürcüstana, 8,6%-i İrana, 20,7%-i digər ölkələrə səfər ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi