Türkiyənin tanınmış pop ulduzu Tarkanın Azərbaycanın Quba şəhərində verdiyi konsertin biletlərinin 7 min manata yaxın (20 min türk lirəsi) dəyərə satıldığı iddia edilir. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Qubadakı “Rixos” oteldə ilbaşı proqramı çərçivəsində Azərbaycandakı heyranları ilə bir araya gələn Tarkan gecədə 20 mahnı səsləndirib. Perfomansı ilə heyranlarını çoşduran ünlü musiqiçinin 6 TİR dolu avadanlıqlardan istifadə etdiyi konsertdə səs və işıq şovu ilə də izləyiciləri təəccübləndirib. məlumatda qeyd edilir ki, ən ucuz biletin qiyməti 350 manat (970 türk lirəsi) olduğu konsertdə 7 min manata da bilet satılıb.
Modern.az