Modern.az

Simonyan Matvienkonu Ermənistana gətirməyə çalışır

Simonyan Matvienkonu Ermənistana gətirməyə çalışır

Dünya

14 Dekabr 2024, 12:41

Rusiyanın Federasiya Şurasının sədri Valentina Matvienko gələn il Ermənistana səfər etməyi planlaşdırır.

Modern.az xəbər verir ki, səfərlə bağlı ilkin razılıq bu ilin oktyabrında erməni spiker Alen Simonyanla Valentina Matvienko arasında telefon danışığı zamanı əldə olunub.

Səfərin tarixi hələ məlum deyil. Ermənistan KİV-nin məlumatına görə, son illərdə Ermənistan-Rusiya münasibətlərinin pozulmasına töhfə verən parlamentin sədri Alen Simonyanın səfərin baş tutması üçün titanik səylər göstərir.

Valentina Matvienko sonuncu dəfə 2015-ci ilin noyabrında Ermənistanda rəsmi səfərdə olub. 2019 və 2020-ci illərdə də onun İrəvana səfər edəcəyi ilə bağlı şayiələr yayılsa da, bu səfərlər heç vaxt baş tutmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi