Modern.az

Müdafiə naziri Zakir Həsənov Naxçıvana gedib

Müdafiə naziri Zakir Həsənov Naxçıvana gedib

Təhsil

5 Yanvar 2014, 15:28

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına gedib.
Müdafiə nazirinin rəhbərlik etdiyi qrupun məqsədi hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatının vəziyyəti, şəxsi heyətin sosial-məişət məsələlərini yoxlamaqdır.
Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. General-leytenant Kərəm Mustafayev Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə gətirilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu