Braziliyanın federal polisi şənbə günü keçmiş müdafiə naziri Valter Braqa Nettonu saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Braqa Netto keçmiş prezident Jair Bolsonaronun aparat rəhbəri vəzifəsində çalışıb. O, həm də Bolsonaronun 2022-ci ildə yenidən seçilmək üçün uğursuz namizədliyi dövründə vitse-prezidentliyə namizəd olub.
Noyabr ayında federal polis Braqa Nettonu həmin seçkilərin nəticələrini ləğv etmək üçün çevriliş etməkdə ittiham etmişdi.
Keçmiş müdafiə naziri (2021-2022) Valter Braqa Nettu 2023-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayan hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silvanın andiçmə mərasimini pozmaq məqsədilə 2022-ci ildə çevriliş cəhdinə dair irəli sürülən ittihamları rədd edib.