Modern.az

PKK terrorçuları məhv ediləcək!

PKK terrorçuları məhv ediləcək!

Dünya

14 Dekabr 2024, 20:48

Suriyanın Müdafiə Nazirliyi ölkənin şərq bölgələrində fəaliyyət göstərən PKK qüvvələrini tamamilə məhv etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, Suriya müvəqqəti hökumətinin müdafiə naziri Həsən əl-Həməd bu barədə özünün sosial media hesabında yazıb.

 

“Xalq Suriyanın şərqində fəaliyyət göstərən PKK terrorçularından qurtulmağı tələb edir. Separatçı layihələr məhv edilməyənədək Suriyada təhlükə bitməyəcək”, - deyə Həsən əl-Həməd bildirib.

 

Xatırladaq ki, noyabrın sonunda Suriya müxalifəti hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 8-də Dəməşq nəzarət altına alınıb və prezident Bəşər Əsəd ölkədən qaçıb. Dekabrın 10-da Xilas hökumətinin rəhbəri Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək Suriya keçid kabinetinin rəhbəri təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi