Modern.az

Blinken Suriya üsyançıları ilə danışıqlar aparıldığını TƏSDİQLƏDİ

Blinken Suriya üsyançıları ilə danışıqlar aparıldığını TƏSDİQLƏDİ

Dünya

15 Dekabr 2024, 17:49

ABŞ Dövlət katibi Antoni Blinken yeni Suriya hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparıldığını təsdiqləyib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “The Guardian“ məlumat yayıb.

 

Antoni Blinken bildirib ki, digər diplomatlarla birlikdə İordaniyada Heyət Təhrir əş-Şam təmsilçiləri ilə danışıqlar aparıblar. ABŞ Dövlət katibi danışıqlarını detalların açıqlamayıb.

 

Qeyd edək ki, ABŞ 2018-ci ildə Heyət Təhrir əş-Şamı terror qruplaşması kimi tanıyıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi