Modern.az

Özündən 12 yaş böyük ərini BIÇAQLADI

Özündən 12 yaş böyük ərini BIÇAQLADI

Hadisə

16 Dekabr 2024, 09:46

Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

***

08:34

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

 

Modern.az verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

 

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

 

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI