Modern.az

Məhərrəmlik başa çatıb, restoranların toy mövsümü qan-qada ilə başlayıb

Məhərrəmlik başa çatıb, restoranların toy mövsümü qan-qada ilə başlayıb

6 Yanvar 2014, 00:42

İmam Hüseyn Əleyhissalam və yaxınlarının qətlə yetirilməsilə əlaqədar İslam aləmində keçirilən təziyyə mərasimləri yanvarın 4-də başa çatıb. Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Modern.az-ın məlumatına görə, yanvarın 4-də İslam aləmində keçirilən matəm mərasimləri yekunlaşıb.

Qeyd edək ki, məhərrəmlik 2013-ci il noyabrın 5-də başlamışdı.

Bununla əlaqədar Bakıdakı restoran və şadlıq evləri də Məhərrəm ayı müddətində sifarişlərin qəbulunu müvəqqəti dayandırmışdılar.

Artıq yanvarın 5-dən restoranlarda toyu-düyün mərasimlərinə də start verilib.

Yeri gəlmişkən, Məhərrəmliyin ardından keçirilən ilk toy qanlı hadisə ilə yadda qalıb. APA-nın məlumatına görə, hadisə Göyçay rayonunun Bəydövül kəndində qeydə alınıb, toyda 4 nəfər bıçaqlanıb.

Kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov  bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb.

Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu