Modern.az

Siyasi partiyalar üçün əlavə 1 milyon MANAT

Siyasi partiyalar üçün əlavə 1 milyon MANAT

16 Dekabr 2024, 11:19

Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır.

Modern.az-ın xəbərinə görə, bunu maliyyə naziri Sami Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1,0 milyon manat və ya 20 faiz artırılır.

Parlamentin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, ölkəmizdə demokratiyanın inkişafındab siyasi partiyaların, medianın və QHT-lərin rolu böyükdür. Deputat siyasi partiyalara maliyyə vəsaitinin artırılmasına görə Prezidentə təşəkkür edib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək