Modern.az

Parlament gələn ilin büdcəsini QƏBUL ETDİ

Parlament gələn ilin büdcəsini QƏBUL ETDİ

Parlament

16 Dekabr 2024, 11:29

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri də üçüncü oxunuşda qəbul olunub.

Qeyd edək ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.

Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin köməkçisinin Qarabağ yalanı - Bakıdan sərt REAKSİYA