Modern.az

Azərbaycanda tam orta təhsili bitirməyənlər - Ən çox bu bölgələrdədir

Azərbaycanda tam orta təhsili bitirməyənlər - Ən çox bu bölgələrdədir

3 Yanvar 2025, 16:23

Azərbaycanda tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çəkisi 83,4 faiz olub.

Bu barədə Modern.az Dövlət Statistika Komitəsinin “Dayanıqlı İnkişaf Məqsədləri" statistik icmalından məlumat əldə edib.

Bildirilir ki, oğlanlar üzrə bu göstərici 85,9 faiz, qızlar üzrə 80,6 faiz təşkil edib.

Regionlar üzrə ən aşağı göstərici Lənkəran–Astara iqtisadi rayonunda qeydə alınıb. Belə ki, iqtisadi rayonda  tam orta təhsilin son sinfini bitirmiş şəxslərin xüsusi çəkisi 65,9 faiz təşkil edib. Bakı şəhərində bu göstərici 90.4 faiz, Naxçıvan Muxtar Respublikasında 77.8, Gəncə–Daşkəsən iqtisadi rayonunda 94.1, Qarabağ iqtisadi rayonunda 69.7 faizdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi