Modern.az

Yol polisini vurub qaçan sürücü tutuldu

Yol polisini vurub qaçan sürücü tutuldu

6 Yanvar 2014, 13:43

Daxili İşlər Nazirliyi idarə etdiyi avtomobili yol polisinin üstünə sürən sürücü barədə məlumat yayıb. Məlumata görə, yanvarın 5-də saat 23 radələrində Biləsuvar şəhərinin ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkət qaydasını kobud surətdə pozduğu üçün orada xidmətdə olan RPŞ DYPB-nin baş inspektoru, polis leytenantı Ramal Ağaməmmədov “saxla” işarəsi verib. Sürücü tabeçilik göstərməyərək avtomobillə R.Ağaməmmədovu və xidməti “BMW” markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Görülmüş tədbirlər nəticəsində Astara şəhər sakini Zamir Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıb.

Polis leytenantı R.Ağaməmmədov xəstəxanaya yerləşdirilib. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu