Modern.az

Sərnişin qayığı batdı - 20 nəfər öldü

Sərnişin qayığı batdı - 20 nəfər öldü

16 Dekabr 2024, 15:05

Qərbi Afrika ölkəsi Nigeriyanın Benue əyalətində sərnişin qayığının batması nəticəsində 20 nəfər həyatını itirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Benue polisinin sözçüsü Ketrin Anene ştatın İqatu bölgəsində bazardan qayıdan insanların mindiyi taxta qayığın Benue çayında batdığını açıqlayıb.

Qəzada 20 nəfərin həyatını itirdiyi, 11 nəfərin xilas edildiyi bildirilib.

Qəzadan sonra axtarış-xilasetmə işlərinin davam etdiyi və ölənlərin sayının artacağı ilə bağlı narahatlıqların olduğu bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi