Daxili İşlər Nazirliyi Bakıda baş vermiş intihar hadisəsi barədə məlumat yayıb. Rəsmi məlumata görə, yanvarın 5-də Sabunçu rayonu Heydər Əliyev prospektindəki körpüdən 25-30 yaşlı kişi özünü ataraq intihar edib. Aparılan araşdırma zamanı onun Bakı şəhər sakini, ruhi xəstə Rəfayel Hümbətov olması müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Modern.az