Jurnalist İlham Cəmiloğlunun “Erməni təcavüzünün Qarabağ ünvanı” adlı yeni kitabı işıq üzü görüb. Kitabda Ermənistanın Azərbaycana qarşı soyqırım və təcavüz siyasətindən, Qarabağ münaqişəsinin tarixi köklərindən, erməni terror təşkilatlarının törətdikləri hadisələrin və erməni təcavüzünün ağır nəticələrindən söhbət açılır. Müəllif tarixi faktlara istinad edərək erməni millətçilərinin əsrlər boyu Azərbaycana qarşı mənasız torpaq iddialarını ifşa etməklə yanaşı, ermənilərin törətdikləri misilsiz cinayətləri də oxucuların diqqətinə çatdırır. Qarabağ hadisələrini xronoloji ardıcıllıqla təqdim edən İlham Cəmiloğlu zaman-zaman çirkin əməlləri ilə faciələr törödən ermənilərin xislətini, iç üzünü göstərərək bu millətin mənfur niyyətlərini bir daha sübut edir.
Kitabda həmçinin Qarabağın tarixinə, bu torpaqların əzəli Azərbaycan torpaqları olması ilə bağlı mövzulara da geniş yer verilib.
İlham Cəmiloğlunun sayca doqquzuncu olan “Erməni təcavüzünün Qarabağ ünvanı” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Həmkarımıza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Modern.az