Modern.az

ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcək

ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcək

Dünya

17 Dekabr 2024, 08:42

ABŞ yaxın həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

 

O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək ranqlı məmurlar və parlament üzvləri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduğuna görə viza məhdudiyyəti tətbiq edib.

 

"Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - deyə Miller bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi