Modern.az

Rusiyada general və köməkçisi sui-qəsd nəticəsində ÖLDÜRÜLÜB - YENİLƏNİB

Rusiyada general və köməkçisi sui-qəsd nəticəsində ÖLDÜRÜLÜB - YENİLƏNİB

17 Dekabr 2024, 09:52

Rusiya İstintaq Komitəsi Moskvanın Ryazanski prospektində baş vermiş partlayış nəticəsində ölən hərbçinin Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov olduğunu təsdiqləyib.

Modern.az-ın məlumatına görə, bu barədə Komitənin mətbuat xidməti xəbər yayıb.

Onun hərbçi olan köməkçisi də həlak olub. Hadisə ilə əlaqədar İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi cinayət işi açıb.

İstintaq Komitəsinin məlumatına görə, evin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.

Rəsmi qurumlar hadisənin sui-qəsd olma ehtimalını istisna etmir.

General-leytenant Kirillovun 54 yaşı var idi. 2017-ci ildən sözügedən qoşunların rəisi vəzifəsini tuturdu.

1403698

***

09:05

Rusiyanın paytaxtı Moskvada güclü partlayış baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Ryazanski prospektində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb. Rusiya İstintaq Komitəsi cinayət işi açıb, tibbi ekspertizalar təyin edib.

Partlayış Ryazanski prospekti, 2/1 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib. Fövqəladə hallar xidmətinin "RİA Novosti"yə verdiyi məlumata görə, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər pəncərələr sındırılıb, giriş qapısı zədələnib. Partlayış yerində əməliyyat-istintaq qrupu işləyir.

"Shot" teleqram kanalının məlumatına görə, partlayış girişdə quraşdırılmış əldəqayırma partlayıcının işə düşməsi nəticəsində baş verib. Məlumatın rəsmi təsdiqi yoxdur.

Məlumata görə, ölən şəxslərdən biri Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov olub. Digərinin onun köməkçisi olduğu bildirilir.

Generalın xidməti avtomobilinə də ziyan dəyib.

Rusiya hakimiyyətinə yaxın teleqram kanalları hadisənin sui-qəsd olacağını bildirir.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi