Modern.az

Dəm qazından ölən vəzifəli şəxs imiş - Yeni DETALLAR

Dəm qazından ölən vəzifəli şəxs imiş - Yeni DETALLAR

17 Dekabr 2024, 12:05

Beyləqandə dəm qazından zəhərlənən qadının son durumu açıqlanıb.

TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 16.12.2024-cü il tarixində saat 20:30 radələrində zəhərlənmə şübhəsilə 1974-cü il təvəllüdlü (qadın cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Ona dəm qazından zəhərlənmə diaqnozu təyin edilib və daha sonra zəruri tibbi yardım göstərilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edilən pasieyntin hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - açıqlamada deyilir.

***

10:37

Xəbər verdiyimiz kimi, Beyləqanda ər-arvad dəm qazından boğulub. Hadisə zamanı 1966-cı il təvəllüdlü Bakir Məmmədov vəfat edib, həyat yoldaşı Şəlalə Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış.

Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar.

Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.

1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

***

10:22

Beyləqanda ər-arvad dəm qazından boğulub.

Modern.az xəbər verir ki, rayon sakini 1966-cı il təvəllüdlü Bakir Məmmədov yaşadığı Bünyadlı kəndindəki evdə dəm qazından zəhərlənərək ölüb. Onun 1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu