Modern.az

Ad günündə Mübariz Qurbanlıya “Şöhrət” ordeni verildi

Ad günündə Mübariz Qurbanlıya “Şöhrət” ordeni verildi

7 Yanvar 2014, 10:05

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Mübariz Qurbanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Modern.az saytının xəbərinə görə, deputatın təltifi həm də onun ad günü ilə bağlıdır. Belə ki, yanvarın 7-də Mübariz Qurbanlının 60 yaşı tamam olub.

Mübariz Qurbanlı 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib. 1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.
Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. Rus dilini bilir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Milli Məclisin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Evlidir, 2 övladı var.


Moderm.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu