
12 ölkə “Eurovision-2014” mahnı yarışmasına qatılmaqdan imtina edib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Serbiya, Çexiya və Kipr kimi bəzi ölkələr bunun səbəbini müsabiqəyə ictimaiyyətin marağının azalması ilə yox, maddi vəziyyətlə izah ediblər. Türkiyə səsvermə prosesindəki dəyişikliyə görə müsabiqəyə qatılmaqdan imtina edib. Bundan başqa, Xorvatiya, Andorra, Slovakiya, Lüksemburq, Monako, Bolqarıstan, Bosniya və Hersoqovina da “Eurovision”dan imtina ediblər, Belarusda isə müsabiqəni boykot çağırışları səslənir.
Xatırladaq ki, “Eurovision-2014”ün yarımfinalı mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da olacaq.
Modern. az