Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, İ.Səfərli küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “KİA” markalı minik avtomobilinidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yaxında park edilmiş avtomobillər yanğından mühafizə olunub.
***
20:25
Bakıda küçənin ortasında avtomobil yanıb.
Modern.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə "Tarqovı" kimi tanınan ərazidə baş verib. Yanğınla əlaqədar digər maşınlara ziyan dəyməsi barədə hələlik ilkin məlumat yoxdur.