
10 yanvar 2014-cü il tarixində saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi
//www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Modern.az