Modern.az

Papikyan fransalı həmkarı ilə hərbi əməkdaşlıqdan danışdı

Papikyan fransalı həmkarı ilə hərbi əməkdaşlıqdan danışdı

Dünya

17 Dekabr 2024, 22:51

Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Papikyan əvvəlki razılaşmaların həyata keçirilməsinin və yenilərinin əldə edilməsinin əhəmiyyətini vurğulayıb.

 

S.Lekornu isə Fransanın ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqliyini bildirib.

 

Hər iki tərəf əməkdaşlığın uzunmüddətli institusional əsasda qurulduğunu bir daha təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi