Dünən axşam Bakıda 33 yaşlı qadının başına daşla vurulub öldürülməsi hadisəsinin bəzi detalları məlum olub.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayətdə şübhəli bilinərək tutulan 29 yaşlı İgid Rəcəbzadə ilə qətlə yetirilən Elnarə İbrahimova qeyri-rəsmi nikahda yaşayırmış.
Lənkəran rayon sakini olan cütlük paytaxtda ev kirayələyərək birgə qalıb.
Həmçinin E.İbrahimovanın kafedə ofisiant kimi işlədiyi bildirilir.
İlkin məlumata görə, İ.Rəcəbzadə Maştağa qəsəbəsində küçədə Elnarə ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, yerdən daş götürərək qadının başına vurub.
Ağır xəsarətlər alan Elnarə İbrahimova həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
11:17
Dekabrın 17-si saat 17 radələrində Sabunçu rayonu ərazisində 1991-ci il təvəllüdlü Elnarə İbrahimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Modern.az-a Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Elnarə ibrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İgid Rəcəbzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
00:33
Bu gun saat 20 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində 1991-ci il təvəllüdlü qadın başına daşla vurularaq qətlə yetirilib.
Modern.az APA-ya istinadən xəbər verir ki, E.İbrahimovanı qətlə yetirməkdə şübhəli bilinən tanışı 1995-ci il təvəllüdlü İgid Rəcəbzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.