Sakit okeanın Vanuatu adasında ötən gün baş verən 7,3 bal gücündə zəlzələ nəticəsində 14 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumat yayıb. Dağıdıcı zəlzələ nəticəsində yüzlərlə xəsarət alan var. Hazırda dağıntı olan binalarda, evlərdə axtarış işləri aparılır.
Çinin Vanuatudakı səfirliyi zəlzələdə 2 Çin vətəndaşının da öldüyünü açıqlayıb.